"Ziraat Bank Azərbaycan" ASC bu ilin I yarısının yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.
Yurd.Media xəbər verir ki, bank yanvar-iyun aylarında 11,6 milyon manat xalis mənfəət əldə edib.
Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 14,4% çoxdur.
Bu il iyulun əvvəlinə "Ziraat Bank Azərbaycan"ın aktivləri ötən uil iyulun əvvəlinə nisbətən 46% çox - 1 560 milyon manat, o cümlədən kredit portfeli 32% çox - 810,7 milyon manat təşkil edib. Bankın öhdəlikləri 1 386,1 milyon manat (50% çox), o cümlədən depozit portfeli 866,6 milyon manat (52,9% çox), balans kapitalı isə 173,9 milyon manat (20,4% çox), o cümlədən nizamnamə kapitalı 65,5 milyon manat (dəyişməyib) olub.