SÜJET

Böyük Qayıdış Sülh gündəliyi Süni intellekt Market araşdırması Bank
Zeynal Nağdəliyevin oğlu Abel Məhərrəmovun oğlunun yerinə təyin olundu

Zeynal Nağdəliyevin oğlu Abel Məhərrəmovun oğlunun yerinə təyin olundu

  • 07 avqust 2026, 16:21

Prezidentin köməkçisi - Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyevin oğlu səfir təyin edilib.

Yurd.Media xəbər verir ki, Prezident İlham Əliyevin Sərəncamı ilə Anar Abel oğlu Məhərrəmov Azərbaycanın Estoniyada fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Dövlət başçısının digər Sərəncamı ilə Nemət Zeynal oğlu Nağdəliyev bu vəzifəyə təyinat alıb.

Həmçinin Xəzər Nadir oğlu Fərhadov da Azərbaycanın Pakistanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Prezidentin digər Sərəncamı ilə İrfan Şakir oğlu Davudov həmin vəzifəyə təyinat alıb.

İrfan Şakir oğlu Davudov isə Azərbaycanın Malayziyada, eyni zamanda Bruney Darüssalamda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

İlham Əliyevin sərəncamı ilə həmin vəzifəyə Xəzər Nadir oğlu Fərhadov təyin edilib.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları