“Uşaq Aləmi” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) cərimə olunub.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, şirkət tərəfindən 40 min ABŞ dolları məbləğində vəsait bank vasitəsilə ölkə xaricinə köçürülüb.
Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydalarının 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 il müddətində həmin vəsait hesabına alman mallar ölkəyə idxal edilməyib və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmayıb.
Mərkəzi Bank tərəfindən “Uşaq Aləmi” barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə protokol tərtib edilib.
Nərimanov Rayon Məhkəməsinin qərarı ilə MMC barəsində inzibati xətanın bilavasitə obyekti olmuş məbləğin 20 faizi miqdarında, yəni 8 min ABŞ dolları məbləğində cərimə edilib.
Qeyd edək ki, “Uşaq Aləmi” MMC artıq 22 ildir ki fəaliyyət göstərir, direktoru Əjdər Məmmədovdur.