Dövlət Neft Fondu (ARDNF) Perunun ən böyük müstəqil elektrik enerjisi istehsalçısı olan "Inkia Energy" şirkətindən 50% pay alıb.
Bu barədə Yurd.Media-ya Fonddan bildirilib.
"Inkia Energy" su, istilik, günəş və külək enerjisi istehsal edir. Şirkətin ümumi gücü 2,6 QVt-dır ki, bu da Perunun elektrik enerjisi istehsalının təxminən 22 %-ni təmin edir.
Bununla yanaşı, şirkət əsasən bərpa olunan enerji layihələrini əhatə edən 4 QVt-dan artıq inkişaf portfelinə malikdir.