SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Bank Süni intellekt
Zərgərlər üçün əyar laboratoriyaları yaradılacaq

Zərgərlər üçün əyar laboratoriyaları yaradılacaq

  • 18 dekabr 2025, 23:46

Azərbaycanda zərgərlər üçün əyar laboratoriyalarının yaradılması, onların beynəlxalq standartlara uyğun avadanlıqlarla təchiz edilməsi, eləcə də ixtisaslı kadr potensialının gücləndirilməsinin müzakirə olunub.

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən Yurd.Media-ya bildirilib ki, bu, Azərbaycan Zərgərlər Assosiasiyasının nümayəndə heyəti ilə görüşdə müzakirə olunub.

Görüşdə ölkənin müxtəlif iri zərgərlik obyektlərini və istehsal sahələrini təmsil edən sahibkarlıq subyektlərinin nümayəndələri də iştirak ediblər.

Görüşdə Agentlik sədrinin müşaviri İlqar Həsənov və Azərbaycan Zərgərlər Assosiasiyasının İdarə Heyətinin sədri Toğrul Abbasquliyev çıxış ediblər. Çıxışlar zamanı ölkədə keyfiyyət infrastrukturunun inkişafı, xüsusilə əyar nəzarəti sisteminin formalaşdırılması məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb. Agentlik tərəfindən əyar nəzarətinin təşkili ilə əlaqədar bugünədək görülən işlər, eləcə də maddi-texniki bazanın qurulması istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib. Müasir tələblərə cavab verən əyar laboratoriyalarının yaradılması, onların beynəlxalq standartlara uyğun avadanlıqlarla təchiz edilməsi, eləcə də ixtisaslı kadr potensialının gücləndirilməsinin prioritet olduğu diqqətə çatdırılıb.

Müzakirələr zamanı əyar mexanizminin hüquqi çərçivəsi və qiymətli metallardan hazırlanmış məmulatların əyarlanması və damğalanması məsələlərindən bəhs edilib. Qeyd olunub ki, bu istiqamətdə atılan addımlar zərgərlik sektorunda bazar iştirakçıları üçün əlverişli mühitin formalaşdırılmasına, istehlakçı hüquqlarının qorunmasına və sağlam rəqabət mühitinin formalaşdırılmasına xidmət edəcək.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları