SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Bank Süni intellekt
Tamstore”də endirimə qoyulan içki ikiqat baha satılıb - CƏRİMƏ YAZILDI

"Tamstore”də endirimə qoyulan içki ikiqat baha satılıb - CƏRİMƏ YAZILDI

  • 19 dekabr 2025, 09:34

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən bir müddət əvvəl “Tamstore” mağazalar şəbəkəsinə böyük məbləğdə cərimə yazılıb. 

Yurd.Media-nın əldə etdiyi məlumata görə, şəbəkənin Səbail rayonunda yerləşən filiallarından birində “CHABİANT QİRMİZİ ŞERAB 40İL YOBİLEY 0.75L” adlı məhsulun qiymət kağızında endirimli qiymətin 10.99 manat göstərilməsinə baxmayaraq kassada 24.00 manata satılıb. 

12 avqust 2025-ci il tarixdə İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsi ilə protokol tərtib edilib. 

İş baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilib. Məhkəmə şəbəkəni 4 min manat miqdarında cərimə edib.

Qeyd edək ki, "TamStore" supermarketlərinin sahibi olan "Tam Store" MMC "Avrora Qrup" tərəfindən 2023-cü ildə yaradılıb.

"Tam Store" Məhdud Məsuliyyətli Cəmiyyətinin isə qanuni təmsilçisi Ceyhun Yusubov Lətif Oğludur.

"Avrora Group"un qanuni təmsilçisi Samir Natiq oğlu Əliyev, baş direktoru isə Ceyhun Yusubovdur.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları