SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Bank Süni intellekt
Zərdabın bu yolu əsaslı təmir olunacaq - SƏRƏNCAM

Zərdabın bu yolu əsaslı təmir olunacaq - SƏRƏNCAM

  • 01 dekabr 2025, 15:47

Zərdabda bir neçə kəndi birləşdirən avtomobil yolu əsaslı təmir olunacaq.

Yurd.Media xəbər verir ki, Prezident İlham Əliyev Zərdab rayonunun Zərdab-Məlikumudlu-Çallı-Salahlı-Hüseynxanlı-Xanməmmədli avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, səkkiz min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən Zərdab-Məlikumudlu-Çallı-Salahlı-Hüseynxanlı-Xanməmmədli avtomobil yolunun əsaslı təmiri məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 10 yanvar tarixli 445 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.19.21-ci yarımbəndində göstərilmiş məbləğin ilkin olaraq 2,0 (iki) milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən avtomobil yolunun əsaslı təmirinin davam etdirilməsi üçün zəruri olan maliyyə vəsaitini Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə nəzərdə tutsun.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

Prime Leasing
SPE Annual Caspian