SÜJET

Böyük Qayıdış Sülh gündəliyi Süni intellekt Market araşdırması Bank
Qismət MMC” tikintisi digər binaları blokadaya alır  - VİDEO

"Qismət MMC” tikintisi digər binaları blokadaya alır - VİDEO

  • 26 iyul 2026, 20:44
Bakı

Yeni inşa edilən çoxmərtərtəbəli bina qonşuluqda yaşayan sakinlərin gediş-gəliş yolunu bağlayıb.

Yurd.Media xəbər verir ki, "Qismət MMC” tərəfindən inşası həyata keçirilən çoxmərtəbəli binalar 112 ailənin yaşadığı digər binanı blokadaya alıb. Belə ki, bu sakinlərin və nəqliyyat vasitələrinin hərəkət etdiyi 2 əsas yol şirkət tərəfindən tikinti məqsədilə bağlanıb. Onlar bildirirlər k, hazırda istifadə edə bildiikləri tək yolları həm ensizdir, həm də ağırtonnajlı yük maşınları keçdiyindən asvalt qatı tamamilə dağılıb. Bu səbəbdən sakinlər və maşınlar yoldan keçməkdə çətinlik çəkirlər.

Sakinlərin problemi bununla da bitmir. Onlar "Xəzər Xəbər"ə bildirirlər ki, yol olmadığına görə nə əraziyə yanğınsöndürən, nə təcili yardım avtomobili, nə də taksi girə bilir. Sakinlər onlara yolun verilməsi ilə bağlı şirkətə müraciət etsələr də aldıqları cavab həmişə eyni olub.

"Qismət MMC” tikintisi digər binaları blokadaya alır - VİDEO
Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları