SÜJET

Kiberdələduzluq Qeyri-sabit hava Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt
Zərdabda qanunsuz saxlanılan silahlar polisə təhvil verilib

Zərdabda qanunsuz saxlanılan silahlar polisə təhvil verilib

  • 26 iyun 2025, 22:39
Zərdab

Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silahların aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində profilaktiki tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Yurd.Media-ya verilən məlumata görə, vətəndaşlar arasında aparılan tədbirlər nəticəsində rayon sakinləri qanunsuz olaraq saxladıqları 1 ədəd avtomatı və həmin silaha məxsus 39 ədəd patronu, eləcə də 4 ədəd müvafiq sənədləri olmayan ov tüfəngini könüllü olaraq polis əməkdaşlarına təhvil veriblər.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Prime Leasing