SÜJET
Zərdab rayonunda küçə işıqlandırma sisteminin yenilənməsi işlərinə başlanılıb.
Yurd.Media xəbər verir ki, rayonun Bəşir Allahverdiyev küçəsində yeni işıq dirəkləri və lampalar quraşdırılır.
Sakinlərin sözlərinə görə, bu yeniliklər axşam saatlarında küçənin daha təhlükəsiz və rahat keçid üçün əlverişli olmasına şərait yaradacaq.
İşıqlandırma işləri “Azərişıq” ASC əməkdaşları tərəfindən yerinə yetirilir. Layihə çərçivəsində köhnəlmiş dirəklərin bəziləri dəyişdirilir, elektrik naqilləri yenilənir və yeni lampalar quraşdırılır.