SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Bank Market araşdırması Süni intellekt
Yol Polisi: İstirahət məkanlarına gedən yollarda nəqliyyat axınının artacaq

Yol Polisi: İstirahət məkanlarına gedən yollarda nəqliyyat axınının artacaq

  • 20 iyun 2026, 09:54

Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu ilə bağlı sürücülərə və piyadalara müraciət edib.

İdarənin mətbuat xidmətindən Yurd.Media-ya bildirilib ki, həftəsonu ilə əlaqədar respublikanın avtomobil yollarında, xüsusilə paytaxt Bakı və bölgələrarası istiqamətlərdə, eləcə də turizm və istirahət məkanlarına gedən yollarda nəqliyyat axınının artacağı gözlənilir. Bu səbəbdən hərəkət intensivliyinin yüksəlməsi yol-nəqliyyat hadisələrinin başvermə riskini də artırır.

Müraciətdə sürücülərdən hərəkət sürətini yol və hava şəraitinə uyğun seçmələri, səhhətində problem olduğu halda, həmçinin yorğun və yuxusuz vəziyyətdə sükan arxasına əyləşməmələri xahiş olunur. Eyni zamanda, təhlükəsiz ara məsafəsinin qorunması, riskli ötmə manevrlərindən çəkinilməsi və yol hərəkətinin təşkili vasitələrinin tələblərinə ciddi əməl edilməsi tövsiyə edilir. Qurum həmçinin səfərə çıxmazdan əvvəl nəqliyyat vasitələrinin texniki vəziyyətinin yoxlanılmasını vacib hesab edir.

Piyadalardan isə yolu yalnız müəyyən edilmiş keçidlərdən keçmələri, yolu keçərkən mobil telefondan və diqqəti yayındıran digər vasitələrdən istifadə etməmələri xahiş olunur. Xüsusilə sutkanın qaranlıq vaxtında daha diqqətli olmaları, öz təhlükəsizliklərini təmin etmək üçün görünən olmaları tövsiyə edilir.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları