Yevlax rayon ərazisində idarəetmədən çıxan 77-HX-635 dövlət nömrə nişanlı "BMW" markalı avtomobil aşıb.
Yurd.Media xəbər verir ki, yol-nəqliyyat hadisəsi nəticəsində, 2 nəfər ağır dərəcəli bədən xəsarətləri alıblar.
Zərərçəkənlər Yevlax Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Lakin göstərilən tibbi yardımlara baxmayaraq onların həyatını xilas etmək mümkün olmayıb.
TƏBİB-dən Yurd.Media-ya bildirilib ki, Yevlaxda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 2 kişi bugün saat 13:10 radələrində ağır vəziyyətdə Yevlax Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Ağır kəllə-beyin travması və baş nahiyəsinin açıq yaraları diaqnozları təyin edilən pasiyentlərin aparılan reanimasiya tədbirlərinə baxmayaraq ölüm faktları qeydə alınıb.
Faktla bağlı araşdırma aparılır.