SÜJET

Kiberdələduzluq Süni intellekt Erməni hərbi cinayətkarların məhkəməsi Böyük Qayıdış
Yayın istisində Qazaxa sərin qatarda, steril şəraitdə səyahət seçimi - ADY

Yayın istisində Qazaxa sərin qatarda, steril şəraitdə səyahət seçimi - ADY

Qazax

Qazax Azərbaycanın elə bölgələrindəndir ki, burada heç vaxt olmamışdım. Təbiəti, insanları haqqında fikirlərim hər zaman qiyabi olaraq mövcud idi. Taki Azərbaycan Dəmir Yolları QSC tərəfindən Qazaxa səfərin açılışı baş tutanadək…

15 iyun tarixində beş illik fasilədən sonra Bakı-Qazax marşrutu üzrə sərnişin qatarlarının hərəkəti yenidən fəaliyyətə başladı. Səfərdə həmçinin media nümayəndələri də iştirak etdilər. 

Qatar saat 8:00-da yola düşdü və 13:36-da Qazax stansiyasına çatdı. Səfər müddətində müşahidə etdiklərim:

-    Səfər qrafikə uyğun həyata keçirilir.
-    Qatarda sanitariya qaydalarına, nizam-intizama maksimum riayət edilir.
-    Qeyd olunduğu kimi 5 saat yarıma ünvana çatılır.

İlk dəfə Qazaxa qatarla səyahət edənlərin təəssüratları:

Fərrux Mancanov: “Bundan sonra Qazaxa yalnız qatarla gələcəm. Bu cür daha rahat və sərfəlidir. Qatarların təmiz, bələdçilərin canyananlığı çox təqdirəlayiqdir”.

Carçılı Zəhra: “Qazaxa ilk səfərimdir. Həmçinin qatarla da ilk səfərimdir. Təəssüratlarım çox xoş oldu”.

Elnarə Yusifova: “Qatarlar çox sərin və genişdir. Bundan sonra ancaq qatarla səyahət edəcəm”. 

Yeni açılan Bakı-Qazax marşrutu üzrə bir nəfərlik biletin qiyməti 16.20 qəpik təşkil edir. 

5 saat yarımlıq yol qət olunduqdan sonra Qazax stansiyasında bayram abu-havası vardı. Burada bizi sevinclə qarşıladılar, mini rəqs proqramı oldu, həmçinin ADY rəsmisi, Qazax Rayon İcra Hakimiyyəti nümayəndəsi jurnalistlərin suallarını cavablandırdı. 

Xüsusi olaraq qeyd olundu ki, əvvəllər 8 saat qət edilən Bakı-Qazax yolu, sürət qatarıyla 5 saat yarıma başa çatacaq. 

Qazaxın qatarla ilk sərnişinlərinə şokolad da paylanıldı. 

Qazaxdan Bakıya qayıdan sərnişin Elmir Çobanov: 
Çox sevinirəm ki, Bakı-Qazax-Bakı sürət qatarı fəaliyyətə başlayıb. Çoxdandır ki, bunu gözləyirdik. Təmizliyi, rahatlığı, bizə göstərilən münasibət ürəyimcədir. Bu şəraiti bizə yaratdığı üçün ADY-yə təşəkkür edirəm”.

Bu marşrut üzrə illik əlavə 10 000-ə yaxın sərnişinin daşınacağı gözlənilir. Bilet satışına 5 iyun tarixindən start verilib. 

Qazax-Bakı-Qazax istiqaməti üzrə isə qatarlar hər gün saat 08:00 və 16:20-də yola düşərək Bakı Dəmiryol Vağzalına saat 13:29 və 21:49-da çatır.

Yayın isti havasında sərin qatarla, steril şəraitdə səyahət etmək istəyənlər üçün ADY ən sərfəli seçimdir.

Prime Leasing