SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Böyük Qayıdış Kiberdələduzluq Süni intellekt Bank
“Yapı Kredi Bank Azərbaycan”ın xalis mənfəəti 7% azalıb

“Yapı Kredi Bank Azərbaycan”ın xalis mənfəəti 7% azalıb

  • 14 oktyabr 2025, 11:03

"Yapı Kredi Bank Azərbaycan" QSC 2025-ci ilin yanvar-sentyabr aylarının yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.

Yurd.Media Bank 9 ayda 7,7 milyon manat xalis mənfəət əldə edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,1% azdır.

Bu il oktyabrın əvvəlinə "Yapı Kredi Bank Azərbaycan"ın aktivləri ötən il oktyabrın əvvəlinə nisbətən 15,1% çox - 657,1 milyon manat, o cümlədən kredit portfeli 36,8% çox - 404,9 milyon manat təşkil edib.

Bankın öhdəlikləri 536,1 milyon manat (15,5% çox), o cümlədən depozit portfeli 439 milyon manat (8,9% çox), balans kapitalı isə 121 milyon manat (13,5% çox), o cümlədən nizamnamə kapitalı 55,4 milyon manat (dəyişməyib) olub.

Prime Leasing