İcbari Sığorta Bürosu (İSB) "Yaşıl Kart" - Beynəlxalq Sığorta Sistemi çərçivəsində böyük məbləğdə ödəniş edib.
İSB-dən Yurd.Media-ya bildirilib ki, 161 021 manat (81 418 avro) ödəniş Almaniyanın Hess şəhərində Azərbaycanın "Yaşıl Kart"ına malik olan Qazaxıstan dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi sahibinin təqsiri üzündən baş vermiş hadisəyə görə həyata keçirilib.
Ümumilikdə, bu ilin yanvar-noyabr aylarında Azərbaycanın "Yaşıl Kart" sahiblərinin təqsiri səbəbindən Türkiyə, Latviya, Litva, Polşa, İtaliya, Almaniya, Belçika və Bolqarıstanda ümumilkdə 336 yol-nəqliyyat hadisəsi baş verib.
Həmin sığorta hadisələrinə görə 804 290 manat ödəniş edilib.