SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Bank Süni intellekt
Azərbaycan növbəti faiz qərarını açıqlamağa hazırlaşır

Azərbaycan növbəti faiz qərarını açıqlamağa hazırlaşır

  • 08 dekabr 2025, 10:24

Azərbaycan Mərkəzi Bankı (AMB) əvvəlcədən müəyyən etdiyi qrafikə uyğun olataq dekabrın 10-da faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərarını açıqlayacaq.

Yurd.Media xəbər verir ki, bu, qurumun 2025-ci il ərzində 8-ci qərarı olacaq.

Xatırladaq ki, AMB bu il oktyabrın 22-də uçot dərəcəsinin 7% səviyyəsində saxlanılması barədə qərar qəbul edib. Faiz dəhlizinin aşağı həddi 6%, yuxarı həddi isə 8% səviyyəsində saxlanılıb.

"Qərarın qəbulu zamanı faktiki və gözlənilən inflyasiyanın hədəf intervalı (4±2%) ilə uzlaşması, qlobal iqtisadiyyat və maliyyə bazarlarındakı mövcud şərait, daxili makroiqtisadi meyillər, eləcə də pul siyasəti qərarlarının real sektora ötürücülüyünün xüsusiyyətləri əsas götürülüb", - deyə AMB bəyan edib.

Prime Leasing
SPE Annual Caspian