SÜJET

Bank Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Kiberdələduzluq
XTQ-nin Məngələnata yüksəkliyində çətin əməliyyatının pərdəarxası - VİDEO

XTQ-nin Məngələnata yüksəkliyində çətin əməliyyatının pərdəarxası - VİDEO

  • 28 sentyabr 2025, 08:28

XTQ-nin ehtiyatda olan mənsubu, Vətən müharibəsi qazisi İbrahim Həsənov döyüş yolu və başına gələn unudulmaz hadisələrdən bəhs edib.

Yurd.Media xəbər verir ki, Qazi bildirib ki, döyüş yolu 27 sentyabrda Kəlbəcər istiqamətində başlayıb:

"Dörd gün davam edən şiddətli döyüşlərdən sonra bütün yüksəklikləri ələ keçirməyi bacardıq. Ələ keçirdiyimiz ərazilərdə milli ordumuzun heyətini yerləşdirdikdən sonra növbəti tapşırığın icrasına başladıq".

İbrahim Həsənov "Baku TV"ye Füzulinin alınması tapşırığını böyük qürur hissi ilə qarşıladığını deyib: "Növbəti tapşırıq Füzulinin alınması idi. Özüm Füzulidən olduğum üçün böyük qürur hissi keçirdim. 17 yaşında didərgin düşdüyüm Füzulinin azad olunmasında iştirak etmək çox qürurverici bir hissdir".

Qazi həmçinin Məngələnata yüksəkliyinin alınmasının çətin bir əməliyyat olduğunu qeyd edib: "Bu əməliyyat zamanı artilleriyamıza öz koordinatlarımızı vermək riskini gözə aldıq".

İbrahim Həsənovun Vətən müharibəsində göstərdiyi rəşadət Azərbaycanın şanlı qələbəsində mühüm rol oynayıb.

Prime Leasing