SÜJET

Rusiyada azərbaycanlılara qarşı vəhşilik Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Böyük Qayıdış Süni intellekt
Xankəndidə 44 ölkənin ekspertləri beynəlxalq foruma toplanıb

Xankəndidə 44 ölkənin ekspertləri beynəlxalq foruma toplanıb

Xankəndi

Xankəndidə “Yeni dünya nizamına doğru” mövzusuna həsr olunmuş VII ADA Siyasi Forumu öz işinə başlayıb.

"Yurd.media" “Report”a istinadən xəbər verir ki, ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin  birgə təşkilatçılığı ilə Qarabağ Universitetində keçirilən tədbirdə 44 ölkədən 80-dən çox beynəlxalq ekspert, beyin mərkəzlərinin nümayəndələri iştirak edirlər.

Forum iştirakçıları arasında ADA Universitetinin rektoru Hafiz Paşayev,  Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov, Qarabağ Universitetinin rektoru Şahin Bayramov, eləcə də Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov da yer alır.

Prime Leasing