SÜJET

WUF13 Bank Böyük Qayıdış Market araşdırması Sülh gündəliyi
WUF13: Dayanıqlı mənzilə investisiyalar müzakirə olundu

WUF13: Dayanıqlı mənzilə investisiyalar müzakirə olundu

  • 21 may 2026, 18:24

Dayanıqlı mənzilə investisiyalar həyat keyfiyyətini yaxşılaşdıra və şəhərlərin ekoloji dayanıqlığını artıra bilər.

Yurd.Media xəbər verir ki, bunu WUF13 çərçivəsində “Aşağıkarbonlu mənzil - milli siyasətdən yerli fəaliyyətə” mövzusunda panel müzakirəsində Berlin şəhərinin planlaşdırma senatının üzvü Lars Lebner bildirib.

O şəhərlərin iqlim məqsədlərinə çatmaqda əsas rolunu vurğulayıb.

O qeyd edib ki, tikinti sektorunun karbon emissiyalarının ən böyük mənbələrindən biri olduğunu nəzərə alaraq, Almaniya paytaxtının meriyası hazırda iqlim dəyişikliyinə qarşı mübarizənin ön sıralarında yer alır.

Natiq enerjiyə qənaət edən dizayn, ictimai nəqliyyatın inkişafı və dayanıqlı yaşayış sahələrinin yaradılması da daxil olmaqla hərtərəfli yanaşmanın vacibliyini vurğulayıb.

Lebner bildirib ki, aşağıkarbonlu layihələrin uğurla həyata keçirilməsi dövlət qurumları, müəssisələr və yerli icmalar arasında sıx əməkdaşlıq tələb edir.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları