Vətən müharibəsi iştirakçısı olmuş azərbaycanlı Ukraynada gedən müharibədə itkin düşüb, ondan 5 aydır xəbər yoxdur.
Yurd.Media xəbər verir ki, bu barədə sosial şəbəkələrdə hərbçinin yaxınları məlumat yayıb.
Bildirilir ki, Azərbaycan ordusunda 20 ildən çox xidmət etmiş, Vətən müharibəsi iştirakçısı, ehtiyyatda olan baş gizir Ruşanov Famil Namaz oğlu Ukraynada gedən müharibədə itkin düşüb.
"Ruşanov Famil Namaz oğlu Rusiya Silahlı Qüvvələrinin tərkibində Ukraynada itkin düşüb, 5 aya yaxındır ondan xəbər yoxdur. Məlumata görə o 25-ci ordunun 37-ci alayının tərkibində döyüşlərdə iştirak edib" - deyə qeyd olunur.