SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Bank Market araşdırması Süni intellekt
Vergi borcu 775 min manata çatan şirkəti Mərkəzi Bank da cərimələdi

Vergi borcu 775 min manata çatan şirkəti Mərkəzi Bank da cərimələdi

  • 25 iyun 2026, 14:03

“Zərif” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) valyuta qaydalarını pozmaqda ittiham edilib. 

Yurd.Media-nın əldə etdiyi məlumata görə, şirkət 50 min ABŞ dolları məbləğində vəsaiti bank vasitəsilə 2024-cü ildə avans olaraq ölkə xaricinə köçürüb. 

“Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 il müddətində həmin məbləğdə vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməyib və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmayıb. 

Mərkəzi Bank tərəfindən “Zərif” MMC-nin barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə protokol tərtib edilib. 

Nizami Rayon Məhkəməsinin qərarı ilə şirkət inzibati xətanın bilavasitə obyekti olmuş 50 min ABŞ dolları valyuta vəsaiti məbləğinin 20 faizi miqdarında, yəni 10 min ABŞ dolları məbləğində cərimə edilib.

Qeyd edək ki, 2021-ci ildə yaradılmış “Zərif” MMC-nin nizamnamə kapitalı 10 manatdır. Direktoru Vaqif Mirzəliyev olan şirkətin 775 min manat vergi borcu da yığılıb.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları