SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Bank Market araşdırması Süni intellekt
“Azəriqaz” qarşısında ştat ixtisarı hədəfi qoyuldu

“Azəriqaz” qarşısında ştat ixtisarı hədəfi qoyuldu

  • 26 iyun 2026, 18:26

“Azəriqaz” təsdiq edilmiş qulluqçu və fəhlələrin ştat cədvəllərində dəyişikliklərə başlayır. 

Yurd.Media "Plat.az"a istinadən xəbər verir ki, SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyində struktur dəyişiklikləri həyata keçirilir.

“Azəriqaz”ın baş direktoru Azər Məmmədov Regional Qaz İstismarı İdarələrinin (RQİİ) rəislərinə ştat ixtisarı ilə bağlı tapşırıq verib.

Məlumata əsasən, dəyişikliklər SOCAR-ın “Birlik” Strategiyası və Transformasiya proqramı çərçivəsində həyata keçirilir. 

Bu çərçivədə A.Məmmədov RQİİ-lərin rəhbərlərinə 2026-cı ilin sonunadək SOCAR tərəfindən müəyyən edilmiş ştat ixtisarı hədəflərinin icrasını təmin etməyi tapşırıb.

Bunun üçün Regional Qaz İstismarı İdarələrinin 2026-cı il üzrə təsdiq edilmiş qulluqçu və fəhlələrin ştat cədvəllərində dəyişikliklərin aparılması göstərişi verilib.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları