SÜJET

Böyük Qayıdış Sülh gündəliyi Süni intellekt Market araşdırması Bank
Ukraynada həlak olan azərbaycanlı kapitan dəfn olundu

Ukraynada həlak olan azərbaycanlı kapitan dəfn olundu

  • 19 iyul 2026, 11:09
Lənkəran

Ukraynanın Odessa limanı yaxınlığında dron hücumu nəticəsində vurulan mülki yük gəmisinin kapitanı, əslən Lənkəran rayonundan olan Səməd Nəsrullayev son mənzilə yola salınıb.

Yurd.Media xəbər verir ki, mərhumun nəşi bu gün səhər saatlarında doğulduğu Lənkəran rayonunun İkinci Balıqçılar məhəlləsinə gətirilib. Burada ailə üzvləri, yaxınları və kənd sakinləri onunla vidalaşıblar. Vida mərasimindən sonra Səməd Nəsrullayev insanların izdihamlı iştirakı ilə kənd qəbiristanlığında dəfn olunub.

Xatırladaq ki, "Atlas Bey" adlı mülki yük gəmisi bir müddət əvvəl Ukraynanın Odessa limanı yaxınlığında dron hücumuna məruz qalmışdı. Hücum nəticəsində gəminin kapitanı Səməd Nəsrullayev həyatını itirmişdi.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları