SÜJET

Ramazan 2026 Böyük Qayıdış Bank Süni intellekt Daşınmaz əmlak
Üç şəhid Kəlbəcərdə dəfn olundu

Üç şəhid Kəlbəcərdə dəfn olundu

  • 04 iyul 2025, 15:45

Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən Yusif İsmayıl oğlu Əzizov, Mehman Camal oğlu Musayev və Qafar Qəmbər oğlu Qarayevin nəşlərinin qalıqları dəfn olunmaq üçün Kəlbəcər rayonuna gətirilib.

Yurd.Media xəbər verir ki, Kəlbəcər şəhərinin Şəhidlər xiyabanında keçirilən vida mərasimində şəhidlərin yaxınları, dövlət qurumlarının rəsmiləri, ictimaiyyət nümayəndələri iştirak edirlər.

Qeyd edək ki, hər üç şəhid 1993-cü il martın 27-də Kəlbəcər rayonunun Çıraqlı kəndində itkin düşmüşdü.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları