SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Bank Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt
Tərtərdə 150 kq-a yaxın at ətini mal əti adı ilə satmaq istədilər - VİDEO

Tərtərdə 150 kq-a yaxın at ətini mal əti adı ilə satmaq istədilər - VİDEO

  • 07 fevral 2026, 12:43

Tərtər rayonunda qanunsuz ət kəsimi ilə məşğul olan dəstənin üzvləri saxlanılıb.

Yurd.Media xəbər verir ki, Tərtər rayonunda polis əməkdaşlarının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssislərinin iştirakı ilə keçirdikləri tədbir zamanı qanunsuz ət kəsimi ilə məşğul olan Tural Cəfərov, Seymur Məmmədov, Seyfəddin Quliyev və Həsən Cəfərli saxlanılıblar.

T.Cəfərova məxsus yarımtikiliyə baxış zamanı çəkisi 146 kiloqram olan qidaya yararsız at əti aşkarlanıb. Saxlanılanlar yararsız at ətini mal əti adı altında Bakı şəhərinə apararaq orada satmaq niyyətində olduqlarını bildiriblər.

Faktla bağlı Tərtər Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları