SÜJET

Market araşdırması Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Qaynarinfo.az 19 yaşını qeyd edir

Qaynarinfo.az 19 yaşını qeyd edir

  • 25 aprel 2026, 23:51

Bu gün müstəqil Azərbaycanın media məkanında özünəməxsus yeri olan Qaynarinfo.az xəbər portalının fəaliyyətə başlamasından 19 il keçir.

Yurd.Media xatırladır ki, Qaynarinfo-nun əsası jurnalist Zahid Əzəmət tərəfindən qoyulub. Saytın əsas məqsədi, oxuculara operativ, obyektiv və etibarlı məlumatlar təqdim etməkdir. Yarandığı gündən etibarən, Qaynarinfo gündəlik xəbərləri, analitik materialları və müxtəlif sahələrə dair məqalələri ilə geniş auditoriyaya xidmət göstərir.

2008-ci ildə informasiya məkanına daxil olan Qaynarinfo, ilk gündən etibarən oxucuya dürüst, tərəfsiz və operativ xəbər təqdim etmək missiyasını özünə məqsəd seçib. 

Zaman keçdikcə Qaynarinfo təkcə xəbər portalları arasında deyil, ümumilikdə Azərbaycan jurnalistikasında xüsusi nüfuz qazandı. Sayt cəmiyyətin müxtəlif təbəqələrinə - siyasətçilərə, ziyalılara, gənclərə, oxucu kütləsinin ən müxtəlif kateqoriyalarına - doğma oldu.

Burada sadəcə hadisələrdən yazılmayıb, problemlər işıqlandırılıb, insan talelərinə toxunulub, ictimai rəy formalaşdırılıb. Saytın əsas üstünlüklərindən biri də analitik baxış, sorğu və araşdırmalar, eləcə də müsahibə janrında təqdim olunan orijinal materiallar olub.

19 il ərzində Qaynarinfoda:

- 100 minlərlə xəbər paylaşıb,

- Minlərlə eksklüziv müsahibə və araşdırma materialları yayımlayıb,

- Onlarla jurnalistə peşəkar inkişaf mühiti yaradıb,

- Cəmiyyətin dövlət və ictimai institutlarla dialoquna körpü olub,

- Qarabağ müharibəsi, pandemiya, siyasi və sosial proseslər kimi mühüm hadisələri operativ və obyektiv şəkildə işıqlandırıb, 

- Cəmiyyətin aktual problemləri gündəmə gətirib,

- Söz azadlığına və media etik qaydalarına sadiqlik nümayiş etdirib.

Media sürətlə dəyişir, texnologiyalar yenilənir, süni intellekt və sosial şəbəkələr informasiyanın yayılma qaydasını dəyişir. Bu şəraitdə Qaynarinfo da dinamik inkişaf yolundadır. Sayt öz platformasını daim təkmilləşdirir, vizual və məzmun baxımından müasir tendensiyalara uyğunlaşır.

Qaynarinfo.az təkcə xəbər yayımlayan platforma deyil, həm də jurnalistikanın inkişafına töhfə verən bir məktəbdir. Saytda fəaliyyət göstərmiş və göstərməkdə olan jurnalistlər bu peşəyə vicdanla və məsuliyyətlə yanaşıblar.

Yurd.Media saytının bütün kollektivi adından " Qaynarinfo.az"da çalışan həmkarlarımızı təbrik edir, onlara fəaliyyətlərində uğurlar arzulayırıq!

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları