SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Böyük Qayıdış Kiberdələduzluq Süni intellekt Bank
Təhsil Nazirliyi təmirə 5,7 milyon manat ayırır

Təhsil Nazirliyi təmirə 5,7 milyon manat ayırır

  • 15 oktyabr 2025, 21:23

Təhsil Nazirliyi inzibati binada abadlıq işlərinin aparılmasını, həmçinin respublika üzrə bir sıra məktəbəqədər və ümumtəhsil müəssisələrinin təmiri, yanğın su anbarlarının əsaslı təmiri və çirkab su anbarlarının tikintisi və bərpası üçün tender elan edib.

Yurd.Media xəbər verir ki, tenderi Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi keçirir.

Görüləcək işlərin ehtimal olunan qiyməti 5 717 586  manat təşkil edir.

Müsabiqədə iştirak haqqı 1500 AZN müəyyən edilib.

Təkliflərin son təqdim olunma tarixi və vaxtı 13 noyabrdır.

Prime Leasing