Şuşada 8 Noyabr - Zəfər Günü münasibətilə silsilə tədbirlər təşkil olunub.
Yurd.Media xəbər verir ki, “Şuşa Hotel”də sakinlərin rəsm əsərləri, “Güllü bağ”da isə əl işlərindən ibarət sərgi təşkil olunub. Sərgidə ictimaiyyət nümayəndələri ilə yanaşı, yerli sakinlər də iştirak edirlər. Nümayiş olunan əl işləri, xüsusən də Şuşa şəhərinin giriş qapıları, Qala divarları, Azərbaycan mədəniyyətinin atributları, Zəfərin əsas simvolu olan "Xarıbülbül" rəsminin müxtəlif formalarda təsvirləri tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, bayram tədbiri Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin dəstəyi ilə həyata keçirilir.