Ölkədə yoxlama keçirilən stomatoloji klinikalarin 90 faizindən çoxunda nöqsanlar üzə çıxıb.
Yurd.Media "Report"a istinadən xəbər verir ki, Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi (AEM) bu ilin yanvar- oktyabr ayları ərzində 78 stomatoloji klinikada yoxlama keçirib, onlardan 72-də (92 %) müxtəlif nöqsanlar aşkar edilib.
Bildirilib ki, nöqsanlardan 33-ü lisenziya şərtləri sualı üzrə, 15-i lisenziya olmadan iş və fəaliyyət, 8-i lisenziyadan kənar iş və fəaliyyət, 9-u sertifikasiya şəhadətnaməsi olmadan özəl tibb fəaliyyəti ilə məşğul olma faktı, 2-si lisenziya və sertifikasiya şəhadətnaməsi olmadan, lisenziyadankənar özəl tibb fəaliyyəti ilə məşğul olma faktı, 5-i isə sertifikasiya şəhadətnaməsi olmadan və lisenziyadankənar özəl tibb fəaliyyəti ilə məşğul olma faktı üzrə aşkarlanıb.