SÜJET
Prezident İlham Əliyev “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda dəyişiklik edib.
Yurd.Media xəbər verir ki, bununla bağlı dövlət başçısı fərman imzalayıb.
Fərmana əsasən, Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə Azərbaycan ərazisində yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrindən qeydiyyat üçün torpaqdan istifadə hüququna dair dövlət aktı tələb edilməyəcək.