SÜJET

Süni intellekt Böyük Qayıdış Kiberdələduzluq Erməni hərbi cinayətkarların məhkəməsi Rusiyada azərbaycanlılara qarşı vəhşilik
Stasionar telefonların abunə haqqı müəyyənləşib

Stasionar telefonların abunə haqqı müəyyənləşib

  • 06 avqust 2025, 20:09

Azərbaycanda stasionar telefonların abunə haqqı müəyyənləşib.

Yurd.Media xəbər verir ki, bu, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının qəbul etdiyi telekommunikasiya sahəsində bir sıra tariflərin tənzimlənməsi haqqında qərarda öz əksini tapıb.

Azərbaycanda ümumistifadəli telekommunikasiya şəbəkəsinə qoşulan sabit telefonlardan (məftilli və simsiz) istifadəyə dair aylıq abunə haqqı ilə bağlı tarif ƏDV daxil olmaqla əhali üçün 3,5 manat, qeyri-əhali üçün 7 manat təsdiq edilib.

Sənədə əsasən, ümumistifadəli telekommunikasiya şəbəkəsinə qoşulan hər bir faks aparatından ölkə daxilində istifadəyə görə aylıq abunə haqqı ilə bağlı tarif ƏDV daxil olmaqla 0,50 manat təsdiq edilib.

Prime Leasing