Naxçıvan şəhərində "Hell Energy" məhsullarının rəsmi distribyutoru olan "Collabera" MMC-nin sahibi Hümbət Qəhrəmanova qarşı külli miqdarda dələduzluq olub.
Yurd.Media "Teleqraf"a istinadən xəbər verir ki, Hümbət Qəhrəmanovun pulunu mənimsəyən Kamal Bayramov adlı şəxs olub.
183 min manatı mənimsəyən Kamal "Hell" içkilərini obyektlərə paylayıb pulu alsa da, məhsulları satdığı adamların adına saxta borc yazıb. Sonradan işin üstü açılıb və Hümbət Qəhrəmanov adəçıkilən şəxsdən hüquq-mühafizə orqanlarına şikayət edib.
Hümbət Qəhrəmanova dəyən zərər sonradan geri ödənilib.
Qeyd edək ki, Hümbət Qəhrəmanov məmur övladı olub. Onun atası Elçin Qəhrəmanov uzun illər Naxçıvanın Tikinti və Arxitektura Komitəsinin sədri olub.
Hümbət Qəhrəmanov Muxtar Respublikanın sabiq daxili işlər naziri Fazil Ələkbərovun qızı ilə ailə həyatı qurandan sonra Vasif Talıbovun kiçik oğlu Seymur Talıbovla bacanaq olub.
Hümbət Qəhərəmanov Vasif Talıbovun vəzifədə olduğu dönəmdə Naxçıvanda xərçəng biznesi ilə də məşğul olub, Talıbovlara məxsus "Sizin" marketin idarəçiliyi onun ixtiyarına verilib.