Sabah Bakıda yağıntı intensivləşəcək
Bakıda və Abşeron yarımadasında yanvarın 2-də günün birinci yarısında yağıntının intensivləşəcəyi ehtimalı var.
Bu barədə Yurd.Media-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Günün birinci yarısında yarımadanın ayrı-ayrı yerlərində intensivləşəcəyi, yağışın sulu qarla qarışıq yağacağı ehtimalı var.