Bu gün Azərbaycan Premyer Liqasında XXIII tura start veriləcək.
Yurd.Media xəbər verir ki, turun açılış matçında “Karvan-Yevlax” “Sumqayıt”ı qəbul edəcək.
Yevlax şəhər stadionunda baş tutacaq görüşü baş hakim Əli Əliyev idarə edəcək. Hazırda Saşa İliçin komandası 31 xalla turnir cədvəlinin 6-cı, Fizuli Məmmədovun kollektivi isə 7 xalla sonuncu pilləsində yer alır.