SÜJET

Rusiyada azərbaycanlılara qarşı vəhşilik Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Böyük Qayıdış Süni intellekt
Rusiyada Azərbaycanın xəbər saytlarına giriş məhdudlaşdırılıb

Rusiyada Azərbaycanın xəbər saytlarına giriş məhdudlaşdırılıb

  • 03 iyul 2025, 13:58

Moskva və Rusiyanın digər şəhərlərində Azərbaycanın xəbər agentliklərinin saytlarına giriş ilə bağlı problemlər yaranıb.

Yurd.Media-nın məlumatına görə, "Report" xəbər verir ki, belə problemlər Moskva, Həştərxan, Volqoqrad, Sankt-Peterburq, Voloqda, Çelyabinsk və digər regionlarda mövcuddur.

Xüsusilə, WiFi və mobil internet vasitəsilə “Global Media Group”un – “Report.az”, “Oxu.az”, “Caliber.az” saytlarına giriş yoxdur. Həmçinin digər xəbər portallarının saytlarına girişlə bağlı problemlər yaşanır.

Prime Leasing