SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Bank Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt
Restoranlar bu tarixə menyu qiymətini dəfələrlə qaldırdı

Restoranlar bu tarixə menyu qiymətini dəfələrlə qaldırdı

  • 09 fevral 2026, 21:53

Bakıda bəzi restoranlar 14 fevral tarixi üçün menyunun qiymətini dəfələrlə qaldırırlar.

Yurd.Media xəbər verir ki, "Sevgililər günü"nün yaxınlaşması ilə əlaqədar restoranlarda yüksək məbləğli depozitlər tətbiq olunmağa başlayıb.

Restoranlar pulu da öncədən tələb edirlər. Bəziləri hətta adi gündəki qiymətlərin 3-4 qatını təklif edir. Menyunu o depozitə daxil edənlər də var, etməyib depoziti əlavə pul kimi alanlar da.

İqtisadçılar "Xəzər Xəbər"ə bildirir ki, qiymətlərin artmasının əsas səbəbi tələbatın çox olmasıdır. 

Bəs bu zaman istehlakçıların hüququ pozulurmu? Hüquqşünaslar deyir ki, süni qiymət artımını edən şəxslər məsuliyyəyə cəlb edilə bilər.

Görünən odur ki, nəzarət tədbirləri görülməsə və bu hal davam edərsə qiymət hər il daha da artacaq.

Restoranlar bu tarixə menyu qiymətini dəfələrlə qaldırdı
Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları