Ana Vətən Partiyasının (AVP) sabiq sədri, Milli Məclisin keçmiş deputatı Fəzail Ağamalı vəfat edib.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, Fəzail Ağamalı bu gün səhər saatlarında 78 yaşında dünyasını dəyişib.
Onun müalicə aldığı Türkiyədə vəfat etdiyi bildirilir.
Fəzail Ağamalı 1947-ci il avqustun 26-da Qərbi Azərbaycanın Zəngəzur mahalının Sisian rayonunun Şıxlar kəndində anadan olmu.du.
1991-ci ildən Azərbaycan Əmtəəşünaslıq İnstitutunda, 2000-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetində dosent və professor kimi elmi fəaliyyət göstərib.
1992–1994-cü illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini, birinci müavini və nazir əvəzi vəzifələrində çalışıb.
Azərbaycan Respublikası Milli Məclisinin I, II, III, IV, V, VI çağırış deputatı seçilib. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, İntizam komissiyasının sədr müavini və Azərbaycan – Türkmənistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri olub.
Allah rəhmət eləsin!