SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Böyük Qayıdış Kiberdələduzluq Süni intellekt Bank
Rəşad Nəbiyevin müşaviri işdən çıxarılıb

Rəşad Nəbiyevin müşaviri işdən çıxarılıb

  • 04 noyabr 2025, 15:30

Azərbaycan nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müşaviri Qəhrəman Kazımov işdən çıxarılıb.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, 2021-ci ilin əvvəlində nazir Rəşad Nəbiyevin müşaviri vəzifəsinə təyin olunmuş Qəhrəman Kazımov bu postda 4 il işlədikdən sonra uzaqlaşdırılıb.

Eyni zamanda “Azərpoçt” MMC-nin  də Müşahidə Şurasının rəhbəri, həmçinin “AzInTelecom” MMC-in Müşahidə Şurasının müşaviri olan Q.Kazımov bu vəzifələrdən də uzaqlaşdırılıb.

Qəhrəman KazımovQəhrəman Kazımov

Qeyd edək ki, Q. Kazımov daha əvvəl 2008-2009-cu illərdə "British Petroleum" şirkətində Təchizat Proseslərinin İdarə Olunması şöbəsində işləyib. 2009-2018-ci illərdə "Azercell Telekom" şirkətində, 2018-2021-ci illərdə isə "Azerfon" MMC ("Nar") şirkətində strategiya, kommersiya, marketinq, satış, biznesin inkişafı, qiymət siyasəti kimi istiqamətlər üzrə rəhbər vəzifələrdə işləyib.

Prime Leasing
SPE Annual Caspian