SÜJET

Böyük Qayıdış Sülh gündəliyi Süni intellekt Market araşdırması Bank
Regionlarda gənclərin startap layihələrinin dəstəklənməsi yeni Tədbirlər Planına salınıb

Regionlarda gənclərin startap layihələrinin dəstəklənməsi yeni Tədbirlər Planına salınıb

  • 20 iyul 2026, 18:13

Regionlarda investisiya fəallığının stimullaşdırılması, istehsal olunan malların və xidmətlərin daxili və xarici bazarlara çıxışının dəstəklənməsi üçün tədbirlər görülməsi, gənclərin startap layihələrinin dəstəklənməsi ilə bağlı yeni sənəd qəbul olunub. 

Yurd.Media xəbər verir ki, Azərbaycanda məşğulluq strategiyasının həyata keçirilməsinə dair 2026-2030-cu illər üçün Tədbirlər Planı təsdiqlənib.

Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncamla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulmuş tədbirlərin icrasını əlaqələndirməli, Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin icrasının gedişi barədə ildə bir dəfə Azərbaycan Prezidentinə məlumat verməlidir.

Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqi və qiymətləndirilməsini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirəcək.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları