SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Süni intellekt Böyük Qayıdış
Qanunda dəyişiklik: Naxçıvanda da icra başçılarını Prezident təyin edəcək

Qanunda dəyişiklik: Naxçıvanda da icra başçılarını Prezident təyin edəcək

  • 21 iyun 2025, 13:19
Naxçıvan

Naxçıvanda icra başçılarını Prezident təyin edəcək.

Yurd.Media xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” Konstitusiya qanununun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, Naxçıvan Muxtar Respublikasında yerli icra hakimiyyətləri başçıları Naxçıvan MR Ali Məclisi sədrinin təqdimatı əsasında Azərbaycan Prezidenti tərəfindən vəzifəyə təyin ediləcək.

Layihəyə əsasən, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri səlahiyyətləri sırasına Naxçıvan MR-də yerli icra hakimiyyətləri başçılarının vəzifəyə təyin edilməsinə dair Azərbaycan Prezidentinə təqdimat vermək daxil edilir.

Qanun layihəsi səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib. 

Prime Leasing