SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Böyük Qayıdış Kiberdələduzluq Süni intellekt Bank
“Qal, sənə qurban” mahnısının erməni əsilli müğənni tərəfindən mənimsənilməsi aradan qaldırılıb

“Qal, sənə qurban” mahnısının erməni əsilli müğənni tərəfindən mənimsənilməsi aradan qaldırılıb

  • 23 iyun 2025, 15:28

Erməni əsilli Kipr müğənnisi Ovik Dəmirçyan tərəfindən musiqisi bəstəkarı Ələkbər Tağıyevə, sözləri şair Mikayıl Müşfiqə məxsus “Qal, sənə qurban” mahnısını mənimsəyərək erməni mahnısı kimi təqdim edərək oxuyub və YouTube platformasında yunan dilində “Hara gedir” adı altında yayıb.

Yurd.Media xəbər verir ki, bu barədə Əqli Mülkiyyət Agentliyindən bildirilib.

Qeyd edilib ki, məsələ ilə bağlı Agentlik tərəfindən həyata keçirilən tədbirlər nəticəsində rəqəmsal şəbəkələrdə müəlliflərin, ifaçıların və fonoqram istehsalçılarının əmlak hüquqlarını kollektiv əsasda idarə edən “Rəqəmli və Audiovizual Yayım Sənayesi” İctimai Birliyinin (RAYS) texniki yardımı ilə O.Dəmirçyanın Youtube platformasında yaydığı qeyd edilən mahnı silinib.

Prime Leasing
SPE Annual Caspian