Azərbaycan Premyer Liqasında XXII turun iki oyunu keçirilib.
Yurd.Media xəbər verir ki, günün ilk matçında "Neftçi" "Şamaxı"nın qonağı olub.
Şamaxı şəhər stadionunda keçirilən qarşılaşma heç-heçə yekunlaşıb - 2:2.
"Ağ-qaralar"ın qollarını 60 və 90+1-ci dəqiqədə Vensan Abubakar vurub. Meydan sahiblərində 75-ci dəqiqədə Sezar Enrike, 90+8-ci dəqiqədə isə penaltidən Karim Rossi fərqlənib.
Xallarının sayını 31-ə çatdıran "Neftçi" 6-cı pillədə qərarlaşıb. "Şamaxı" 26 xalla 8-ci yerdədir.
Günün ikinci matçında "Qəbələ" "Karvan-Yevlax"ı qəbul edib.
Qəbələ şəhər stadionundakı qarşılaşma heç-heçə yekunlaşıb - 1:1.
Qonaqlardan İmani Barker 26-cı dəqiqədə hesabı açıb. Meydan sahiblərinin heyətində Seydina Keyta 37-ci dəqiqədə tarazlığı bərpa edib.
Bu nəticədən sonra xallarının sayını 16-ya çatdıran "Qəbələ" 10-cu pillədə qərarlaşıb. Qonaqlar 7 xalla sonuncu - 12-ci sıradadır.
Qeyd edək ki, tura martın 1-də yekun vurulacaq. Ötən gün "Kəpəz" "Sumqayıt"ı (3:0), "Zirə" "Araz-Naxçıvan"ı (1:0) məğlub edib.
Qeyd edək ki, tura martın 1-də yekun vurulacaq. Ötən gün "Kəpəz" "Sumqayıt"ı (3:0), "Zirə" "Araz-Naxçıvan"ı (1:0) məğlub edib.