Pezeşkian: İran Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında quru əlaqənin yaradılmasına kömək edir

Pezeşkian: "İran Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında quru əlaqənin yaradılmasına kömək edir"

  • 27 aprel 2025, 23:34

"İran Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında quru əlaqənin yaradılmasına dəstək verir".

Yurd.Media xəbər verir ki, bunu İranın Prezidenti Məsud Pezeşkian AZTV-yə verdiyi müsahibədə bildirib.

"Bu gün edəcəyimiz kömək məhz budur – Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında quru əlaqənin yaradılması üçün təşəbbüs göstərmişik. Layihə hazırda sürətlə icra olunur. Artıq bütün razılaşmalar əldə olunub və İran ərazisindən bu əlaqənin qurulmasında heç bir problem yaşanmayacaq", o deyib.

Pezeşkianın sözlərinə görə, İran həmişə Azərbaycanın hüquqlarını müdafiə edib, Ermənistanı da öz hüquqları çərçivəsində müdafiə edir:

"Biz çalışırıq ki, hər iki tərəf qonşuluq prinsipləri əsasında dinc yaşasın və bir-birinə yardım göstərsin", – deyə Pezeşkian vurğulayıb.