SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Qeyri-sabit hava Böyük Qayıdış Süni intellekt Kiberdələduzluq
Pezeşkian İlham Əliyevə təşəkkür etdi

Pezeşkian İlham Əliyevə təşəkkür etdi

  • 29 aprel 2025, 11:39

İran Prezidenti Məsud Pezeşkian Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.

Yurd.Media xəbər verir ki, bununla əlaqədar İran prezidenti “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"Ötən gün Bakıda əziz qardaşım Azərbaycan Prezidenti İlham Əliyevlə anlaşmalar əldə olundu və sənədlər imzalandı.

Bu səfər elm, iqtisadiyyat, mədəniyyət və təhlükəsizlik sahələrində hərtərəfli əməkdaşlıq üçün yeni perspektivlərin açıqlması və etimadın artırılması üçün başlanğıc idi. Cənab İlham Əliyevə qonaqpərvərliyə görə təşəkkür edirəm”, - deyə İran prezidenti bildirib.