SÜJET

Rusiyada azərbaycanlılara qarşı vəhşilik Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Böyük Qayıdış Süni intellekt
Pezeşkian Azərbaycana səfərə gəlib - YENİLƏNİB

Pezeşkian Azərbaycana səfərə gəlib - YENİLƏNİB

  • 04 iyul 2025, 11:34
Xankəndi

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə iştirak etmək üçün iyulun 4-də Azərbaycana səfərə gəlib.

Yurd.Media xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

İran Prezidenti Məsud Pezeşkianı Azərbaycanın mədəniyyət naziri Adil Kərimli, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov və digər rəsmi şəxslər qarşılayıblar.

*** 09:24

İran Prezidenti Məsud Pezeşkian bu gün Xankəndidə keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) sammitində iştirak edəcək.

Yurd.Media xəbər verir ki, bu barədə İran prezidentinin xarici siyasət məsələləri üzrə müşaviri Mehdi Sənayi bildirib.

O qeyd edib ki, Pezeşkianın Azərbaycanda bir sıra dövlət başçıları, o cümlədən Türkiyə Prezidenti Rəcəp Tayyip Ərdoğan ilə ikitərəfli görüşlər nəzərdə tutulub.

Prime Leasing