SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Böyük Qayıdış Kiberdələduzluq Süni intellekt Bank
Ötən ay dövlət sərhədinin pоzulmasına görə 13 nəfər saxlanılıb

Ötən ay dövlət sərhədinin pоzulmasına görə 13 nəfər saxlanılıb

  • 01 iyul 2025, 11:23

Dövlət Sərhəd Xidməti tərəfindən 2025-ci ilin iyun ayı ərzində dövlət sərhədini pоzduqlarına görə 13 nəfər saxlanılıb.

Yurd.Media xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən bildirilib.

Onların 8-si Azərbaycan, 2-si Pakistan, 1-i Türkiyə, 1-i İran, 1-i Qana vətəndaşı olub.

Qanunsuz miqrasiya ilə mübarizə tədbirləri nəticəsində saxtalaşdırılmış tarix möhürü və pasportla, özgəsinə məxsus sənədlə dövlət sərhədini keçməyə cəhd göstərən 8 nəfər saxlanılmışdır. Sərhəd rеjim qaydalarını pоzduqlarına görə 905 nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb.

Prime Leasing