Azərbaycan Ordusunda bölmələrin döyüş qabiliyyətinin daha da yüksəldilməsinə yönəlmiş təlimlər təşkil olunub.
Müdafiə Nazirliyindən Yurd.Media-ya verilən məlumata görə, Azərbaycan Ordusunun N hərbi hissəsinin taktiki təlimi keçirilib.
Bildirilib ki, səhra şəraitində açılan komanda idarəetmə məntəqəsində bölmələrin tapşırıqların icrası ilə bağlı fəaliyyətləri xəritə üzərində dəqiqləşdirilib, komandirlərin qəbul edilmiş qərarlara dair məruzələri dinlənilib.
Təlimin keçirilməsində əsas diqqət komandir heyətinin çevik qərar qəbuletmə bacarıqlarının, qərargahların qarşılıqlı fəaliyyətinin, eləcə də bölmələrin döyüş qabiliyyətinin daha da yüksəldilməsinə, şəxsi heyətin səhra və praktiki vərdişlərinin inkişaf etdirilməsinə yönəldilib.

