SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Qeyri-sabit hava Kiberdələduzluq Süni intellekt Böyük Qayıdış
Ölkədə qızılca xəstəliyi ilə bağlı vəziyyət necədir?

Ölkədə qızılca xəstəliyi ilə bağlı vəziyyət necədir?

  • 23 iyun 2025, 12:15

Ötən ilin bu dövründə ölkə ərazisində qızılca ilə bağlı risklər davam edirdi. Zaman-zaman uşaqlarla yanaşı, böyüklər də bu xəstəliyə yoluxurdu.

Hazırda ölkə ərazisində qızılca və suçiçəyi ilə bağlı faktiki vəziyyət necədir?

Yurd.Media xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən bildirilib ki, son aylarda ölkə ərazisində qızılca xəstəliyi qeydə alınmayıb.

Qeyd edilib ki, qızılcaya qarşı profilaktik tədbirlər çərçivəsində müalicə-profilaktika müəssisələrində peyvəndləmə işləri davam etdirilir.

"Bununla yanaşı, ötən ilin eyni dövrü ilə müqayisədə, suçiçəyi xəstəliyinə yoluxma hallarında azalma müşahidə olunur", - mərkəzdən bildirilib.

Prime Leasing