"Bu il ilk dəfə Astara rayonunda müəllimlərin sertifikasiya imtahanı keçiriləcək".
Yurd.Media Oxu.Az-a istinadən xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi Təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli deyib.
O bildirib ki, sertifikasiya imtahanı ilə bağlı rayonlar üzrə 10 min namizədin imtahan verməsi üçün əlverişli infrastruktur yaradılıb:
"Hazırda ölkə üzrə 19 müxtəlif şəhərdə 44 imtahan mərkəzi var və 10 min müəllimin imtahan verməsi üçün şərait yaradılıb".