SÜJET

WUF13 Bank Böyük Qayıdış Market araşdırması Sülh gündəliyi
Neftçalada ilin ilk kütləvi balıq buraxılışı baş tutdu

Neftçalada ilin ilk kütləvi balıq buraxılışı baş tutdu

  • 22 may 2026, 17:37

Neftçalada 2026-cı ilin ilk kütləvi balıq buraxılışı baş tutub. 

Yurd.Media xəbər verir ki, 22 may - Beynəlxalq Bioloji Müxtəliflik Günü münasibətilə Neftçalada nərə cinsindən olan balıqlar təbii su hövzələrinə buraxılıb.

Tədbirdə kənd təsərrüfatı naziri Məcnun Məmmədov, ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov, "Balıqçılıq və Akvakultura Mərkəzi" publik hüquqi şəxs, IDEA İctimai Birliyi, FAO, Neftçala Rayon İcra Hakimiyyəti, "Azerbaijan Fishfarm" MMC, "Azvarvara" MMC və digər əməkdaş şirkətlərinin nümayəndələri iştirak ediblər.

Bu tədbir cari ilin ilk kütləvi balıq buraxılışı kimi xüsusi əhəmiyyət kəsb edir və regionda su bioresurslarının bərpasına yönəlmiş ekoloji fəaliyyətlərin davamıdır.

Tədbirdə iştirakçılara bioloji müxtəlifliyin qorunması, nərə növlərinin ekosistemlərdə rolu və su bioresurslarının davamlı idarə olunması ilə bağlı ətraflı məlumat verilib. Maarifləndirmə sessiyası başa çatdıqdan sonra praktiki mərhələ həyata keçirildi və balıqlar müvəffəqiyyətlə su hövzələrinə buraxılıb.

Bu aksiya ölkədə su bioresurslarının bərpası və bioloji müxtəlifliyin qorunması istiqamətində görülən işlərin vacib tərkib hissəsi oldu. Tədbir həm ekoloji maarifləndirmə baxımından, həm də Xəzər regionunda nadir balıq növlərinin populyasiyasının dəstəklənməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları